Yəni, əgər müraciət etmiş vətəndaş və ya onun ailə üzvü əvvəldən ünvünlı sosial yardım alırsa, yaxud əmək pensiyaçısıdırsa və ya müavinət, aylıq təqaüd alırsa, özünəməşğulluq çərçivəsində əmlak alıbsa, işsiz kimi sığorta ödənişi alırsa, kənd təsərrüfatı üçün subsidiya alırsa,özü və ya həyat yoldaşı sahibkardırsa, o zaman bu şəxslərə birdəfəlik yardım verilmir.
Göründüyü kimi, ƏƏSMN-in yardımı qəfil kəsməsindən dərhal sonra müraciət edən əksər şəxslərə yolladığı SMS imtinada yer alan “adınıza maşın var” bəhanəsi NK-in qəbul etdiyi qərarda yoxdur. Başqa sözlə, ƏƏSMN NK-ın qəbul etdiyi qərarı özünün yolladığı və HEÇ BİR HÜQUQİ ƏSASI OLMAYAN mesaj vasitəsiylə inkar edir. Yəni haqqı olan vətəndaşlara 190 manat birdəfəlik yardımı verməmək üçün qanunları heçə sayır.Amma yuxarıda sadaladığımız qanunsuzluqlar da ƏƏSMN-in 190 manat birdfələlik yardımın verilməsi zamanı yol verdiyi son nöqsan deyil.
“24 saat” xəbər verir ki, sözügedən qurum yardımın verilməsinin ilk günlərində məhz NK-ın 127 saylı qərarının tələblərinə riayət edərək ADINA MAŞIN OLAN ŞƏXSLƏRƏ də 190 manat birdəfəlik yardımı ayırıb. Amma nədənsə, daha sonra bu qurum digər şəxslərə eyni məntiqlə yardım ayırmamaq qərarına gəlib.
Görünür Sahil Babayevin hesabı, NK və ölkə başçısının hesabı ilə düz gəlməyib…
Bu isə vətəndaşlara arasında sosial ədalət prinsipinin pozulmasına yol açıb.
Mövzuya qayıdacağıq.
Siam.az