Azərbaycanda qoruyucu vasitələrdən istifadə MƏCBURİ OLACAQ

 


Karantin rejiminin yumşaldılması ilə ictimai yerlərdə, ictimai nəqliyyatda qoruyucu vasitələrdən istifadə məcburi olacaq.

Cebhe.info xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hazırda bununla bağlı təlimatlar hazırlanır və yaxın zamanda ictimaiyyətin diqqətinə çatdırılacaq. Xidmət obyektlərində sosial məsafəyə riayət edilməsi də diqqətdə saxlanılacaq.

Tarix: 1-05-2020, 20:42
Xəbəri paylaş



Xəbər lenti