Sabunçu RİH-in yalanının izi ilə: - şəhid xanımı fəryad edir


Sabunçu Rayon İcra Hakimiyyəti ilə şəhid ailəsi arasında qalmaqal böyüyür. Belə ki, şəhid İslam Şərbətovun xanımı Safura Şərbətova RİH qarşısında geri çəkilmək fikrində deyil.

AFN-ə müraciət edən xanım Şərbətova bizi yaşadığı ünvana dəvət edərək vəziyyətlə yerində tanış olmağımızı xahiş etdi. Sabunçu rayonu Zabrat 1 qəsəbəsində məskunlaşan şəhid ailəsinin yaşayış səviyyəsi sadəcə utancvericidir desək, yanılmarıq. Ailənin yaşadığı evin şəraiti və S.Şərbətovanın ölkə rəhbərliyinə müraciəti ilə bağlı təqdim edəcəyimiz videodan ətraflı məlumat alacaqsınız. Qısaca olaraq qeyd edək ki, S.Şərbətovanın 4 övladı olub – 2 oğlu, 2 qızı. Bir il fərqlə oğlunun birini və qızının birini itrən Safura xanım hazırda onların övladlarına da baxır. 5 körpə ilə acınacaqlı şəraitdə yaşayan şəhid xanımının məsələsi ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyində də olduq. Birliyin sədri Əliabbas Cəbrayılovla ailənin vəziyyəti haqqında müzakirəmiz təəssüf hissi yaratdı. Təkidlə şəhid ailəsinə yardım etdiklərini, vəziyyətləri ilə maraqlandıqlarını deyən Ə.Cəbrayılovdan etdikləri yardımla maraqlandıq. Cavabı bu oldu ki, S.Şərbətovanın oğlu vəfat edəndə ailəyə 100 manat “yardım” edilib. Bu gün (dünən) isə birlik rəhbəri xanım Şərbətovanın evinə gedərək ona şikayətçi olduqları üçün irad bildirib.

Onu da qeyd edək ki, ailənin yaşadığı mənzil xeyriyyəçi insanların yardımı ilə təmir edilir. Həmçinin ehtiyac olan ev əşyaları ilə də təmin edilirlər. Artıq onlara yataq dəstləri təqdim olunub.

S.Şərbətova və ailəsinin yaşadığı şərait, şəhid xanımının ölkə rəhbərliyinə müraciəti ilə aşağıdakı videolardan ətraflı tanış ola bilərsiniz:





Tarix: 1-05-2020, 14:25
Xəbəri paylaş



Xəbər lenti