Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı

Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı
Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” Göyçay “Şəhər Təsərrüfatı Birliyi”nin balansında olan Bakı küçəsi 1A, Natəvan küçəsi28/1və28/2saylı ictimai yaşayış binalarında aparılacaq əsaslı təmir işlərinin layihə smeta sənədlərinin hazırlanması üzrə 02.04.2026-cı ilə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “HOUSE PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 2.832 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 13.05.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət), 5 (beş) iş günü bitdikdən sonra müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalına yerləşdirilməlidir. Amma portalda olan məlumatlardan da göründüyü kimi müsabiqənin yekunlaşmasından bir aydan da çox vaxt keçməsinə baxmayaraq Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” tərəfindən tərəflər arasında müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalına yerləşdirilməyib.

Bundan əlavə, Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” tərəfindən nəzərdə tutulmuş layihə smeta sənədlərinin hazırlanması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 7.000,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin
müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “HOUSE PROJECT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi” kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş “HOUSE PROJECT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdu. Xatırladaq ki, Orxan Mürsəlov 2022-ci ilin 11 avqustundan 2025-ci ilin 12 noyabrına qədər Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin rəisi Fuad Bayramov da Orxan Mürsəlovun kadrıdır. Sosial şəbəkələrdə Fuad Bayramovun Gədəbəydə Orxan Mürsəlovun qara kassaı rolunu oynadığı barədə geniş məlumatlar var. Orxan Mürsəlov Gədəbəydə icra başçısı olduğu müddətdə – 2023-cü ildə Fuad Bayramovu Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi təyin etmişdi. Orxan Mürsəlov ötən ilin noyabr ayında Göyçaya icra başçısı təyin edildikdən iki ay sonra, 2026-cı ilin yanvar ayında isə kadrı Fuad Bayramovu da Göyçaya gətirib.

Bizə verilən məlumatlara görə Fuad Bayramov Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi olarkən də dövlət satınalmalarında bir sıra qanun pozuntularına yol verib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Fuad Bayramovun rəhbərliyi ilə Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı 14.01.2025-ci ildə təsərrüfatda istifadə ediləcək mal-materialların alınması üzrə “E TRADE AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 22.285,85 manat məbləğində müqavilə bağlayıb.

Kombinat 13.05.2025-ci ildə yük maşınlarının təmir xidmətlərinin satın alınması üzrə “RƏZ” MMC ilə 24.156,83 manat məbləğində müqavilə bağlayıb.

Bunlar Orxan Mürsəlov Gədəbəydə icra başçısı olduğu müddətdə keçirilmiş satınalmlardır. Fuad Bayramov Göyçay rayon İcra Hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin rəisi keçməsindən bir müddət əvvəl, 30.12.2025-ci ildə nəqliyyat vasitələrinin əsaslı təmiri xidmətlərinin satın alınması üzrə 6.309,05 manat dəyərində anlaşmanı isə pozub.

Görəsən bu əməliyyatdan Orxan Mürsəlovun xəbəri varmı? Təfərrüatı ilə növbəti yazımızda.

Aktualinfo.net
Tarix: Bu gün, 15:55
Xəbəri paylaş



Xəbər lenti