Şirvanda qəzalı binadan köçürülən sakinlərin kirayə pulu ödənilmir - ŞİKAYƏT/VİDEO


bitmap-img6


Bir ilə yaxın müddətdir ki, qəzalı vəziyətə düşən bina nə təmir edilir, nə də sakinlərə təyin olunan kirayə pulu ödənir.


Xezerxeber.az-ın məlumatına görə, Şirvan şəhəri, Sahib Zeynalov 2 ünvanında yerləşən bina aylardir ki, qəzalı vəziyətdə qalıb.


Yaşayış binasının zirzəmisində yaranan problem hələ də öz həllini tapmayıb. Bir müddət əvvəl aidiyyəti qurumların apardığı baxış zamanı binanın qəzalı vəziyyətdə olduğu müəyyənləşdirilib və təhlükəsizlik məqsədilə sakinlər təxliyə ediliblər.


Şirvan Şəhər İcra Hakimiyyəti bina sakinlərinin kirayə mənzillərdə yerləşməsi üçün 6 aylıq kirayə xərclərini qarşılayıb. Sakinlərə ödənilən 6 aylıq kirayə pulunun müddəti bitib və üzərindən artıq 1 ay vaxt da keçib.


Sakinlər bildirirlər ki, binanın taleyi ilə bağlı hələ də konkret qərar yoxdur. Yaşayış binasının söküləcəyi, əsaslı təmir ediləcəyi, yoxsa bərpa olunacağı barədə onlara rəsmi məlumat verilməyib.


Məsələ ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətindən bildirildi ki, hazırda binada müvafiq dövlət qrumu ilə birlikdə işlər görülür.


Qeyd edək ki, binada 20 ilə yaşayır.



Tarix: Bu gün, 16:53
Xəbəri paylaş



Xəbər lenti