Masazırda evlər hələ də su altında qalıb - ADSEA problemi aradan qaldırmır - İnsanlar bezib... - FOTO

Abşeron rayonunun Masazır qəsəbəsində intensiv yağıntılardan sonra yaranan su problemi hələ də tam aradan qaldırılmayıb. Bəzi ərazilərdə yığılan suların çəkilməməsi sakinlərin gündəlik həyatını çətinləşdirir.

Bizimesr,com xəbər verir ki, görüntülər Masazır qəsəbəsinin Məmməd Araz küçəsində qeydə alınıb.

Sakinlərin sözlərinə görə, güclü yağışlardan sonra ərazidə qrunt və çirkab sularının səviyyəsi daha da yüksəlib. Nəticədə bəzi evlər və həyətlər su altında qalıb, sakinlər ev əşyalarını çıxarmaqda çətinliklə üzləşiblər.

Bildirilib ki, bəzi evlərdə yaşayış mümkün olmadığından ailələr müvəqqəti olaraq başqa ünvanlara köçmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, son illər Masazır qəsəbəsinin müxtəlif ərazilərində yağış sularının yığılması və kanalizasiya infrastrukturunun çatışmazlığı sakinlərin ən çox şikayət etdiyi problemlər sırasındadır.

Tarix: Bu gün, 18:23
Xəbəri paylaş



Xəbər lenti