Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı – Şikayət

Anar Bayramov TƏBİB-ə icraçı direktor təyin olunandan sonra, aparılan ” islahatlar” ərəfəsində MRT göndərişləri ilə bağlı vəziyyətin dəyişdiyini görürük.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Aydın Fətəliyev yazıb. O bildirib ki, əvvəllər rayonlarda yaşayan vətəndaşlar, o cümlədən qazilər, yaşadıqları bölgəyə yaxın özəl klinikalara göndəriş ala bilirdilər:

“İndi isə bir çox hallarda yalnız dövlət xəstəxanalarına, əsasən də Bakıya yönləndirilirlər.

Bu hansı islahatdır? Vətəndaşın işini asanlaşdıran, yoxsa çətinləşdirən?

Xaçmazdan, Qubadan, Qusardan, Siyəzəndən bir insan MRT üçün niyə Bakıya getməlidir? Niyə əlavə yol pulu xərcləməli, vaxt itirməli, əziyyət çəkməlidir?

İslahatın məqsədi xidmətləri vətəndaşa yaxınlaşdırmaq olmalıdır. Təəssüf ki, hazırda baş verənlər bunun əksini göstərir. İnsanlar səhiyyədə rahatlıq yox, əlavə problemlərlə üzləşirlər”.

Qarşı tərəfi dinləməyə hazırıq.


 

Tarix: Bu gün, 17:55
Xəbəri paylaş



Xəbər lenti