DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?


Məlum olduğu kimi, neçə müddətdir ki, Bayırşəhərdə söküntü işləri həyata keçirilir. "DİA-AZ" xəbər verir ki, daha çox vətəndaş etirazları ilə müşayiət olunan bu prosesin səs-küyü davamlı olaraq eşidilməkdədir.
Söhbət söküntü işləri zamanı evləri, obyektləri plana düşənlərə yetərli kompensasiyanın verilməməsinə olan münasibətdən gedir.
Bu dəfə də narazılıq var. Amma etiraz edən sakinlər tariximizə olan qəsddən narahatçılıqlarını ifadə edirlər.
"DİA-AZ" xəbər verir ki, Bayırşəhərdə söküntü işlərinin aparılması üçün Bakı şəhər icra hakimiyyəti yanında xüsusi komissiya yaradılıb və bütün bu proseslərə də Zülfəli adlı şəxs (Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov) rəhbərlik edir.
Sakinlər bildirir ki, Zülfəli müəllim bu dəfə tariximizi hədəfə alıb ki, aidiyyatı qurumlar buna laqeyd qala bilməz.
Məlumata görə, hazırda Şamil Əzizbəyov küçəsi 38 ünvanında yerləşən, 1902-ci ildə tikilmiş tarixi bina sökülür. Bu binanın isə Mədəniyyət Nazirliyinin balansında dövlət tərəfindən qorunduğu deyilir.
Belə çıxır ki, sıravi vətəndaşlar kimi DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş...
Məsələ diqqətimizdədir...
Tarix: Bu gün, 09:04
Xəbəri paylaş



Xəbər lenti