Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...


Ukraynaya qarşı tammiqyaslı müharibə Kremlin şərq sərhədlərinə gözlənilməz və dağıdıcı təsir itkisi ilə nəticələnib. Vladimir Putin keçmiş imperiyasının vəd edilmiş bərpası əvəzinə, Rusiyanı faktiki olaraq Çinin itaətkar vassalına çevirib.
Moderator.az İsrail mediasına istinadla yazır ki, Amerikalı analitiklərin nüfuzlu "The Hill" nəşri üçün ətraflı icmalında qeyd etdiyi kimi, Rusiya iqtisadiyyatını və bütöv regionları sürətlə Pekinə təslim edir. Sözügedən nəşr "Putin bir imperiya istəyirdi - əvəzində Çinin vassalı oldu..." başlıqlı araşdırma materialı dərc edib.Materialda qeyd edilir ki, bu gün Moskva texnologiya və maliyyə qazancı baxımından tamamilə Çindən asılı vəziyyətdədir. Sərt Qərb sanksiyaları səbəbindən Pekin Kremlin yeganə xilaskarına çevrilib. Çin Rusiya bazarını tamamilə elektronika, avtomobillər və mürəkkəb sənaye avadanlıqları ilə təmin edir. Qonşusunun zəifliyindən istifadə edən Çin hakimiyyəti hətta enerji sektorunda da şərtlərini diktə edir, qaza böyük endirimlər tələb edir və yeni qaz kəməri ilə bağlı müqavilə imzalamaqdan imtina edir.Bu sürünən ilhaq xüsusilə Rusiyanın Uzaq Şərqində nəzərə çarpır. Demoqrafik böhran səbəbindən 2010-cu ildən bəri region təxminən 300.000 yerli sakini itirib və bu, onu olduqca həssas vəziyyətə salıb. Vəziyyət elə bir nöqtəyə çatıb ki, İrkutskdakı məyus ruslar federal hökumətin acizliyini etiraf edərək Moskvadan deyil, Pekindən açıq şəkildə onlar üçün məktəblər tikməsini xahiş edirlər. Yakutiyada Çinin ticarətdəki payı demək olar ki, yarıya qədər artıb və yerli məktəblər kütləvi və məcburi Çin dili dərslərinə başlayıblar...Geo-siyasi ekspertlər vurğulayırlar ki, artıq Pekin rəsmi müharibə elan etməyə və ya xarici torpaqları ələ keçirmək üçün qoşun yerləşdirməyə ehtiyac duymur. Maliyyə rıçaqları, dərin iqtisadi asılılıq və yumşaq demoqrafik inteqrasiya eyni məqsədlərə uğurla nail olmağa şərait yaradır. Rusiya ordusu bütün resurslarını qərbdəki uzunmüddətli münaqişəyə xərcləyərkən Çin sakitcə, inamla və bir atəş belə açmadan zəifləyən Rusiyanın şərq ərazilərini tam nəzarətə götürür...Moderator.az xatırladır ki, iyunun 14-dən 15-ə keçən gecə də işğalçı Putin ordusu Ukraynaya qarşı kütləvi raket və dron hücumlarını davam etdirib. Çoxmərtəbəli yaşayış binalarına zərbələr nəticəsində paytaxt Kiyevdə azı 4 dinc sakin həlak olub, 30 nəfər yaralanıb, onlardan ikisi 5-6 yaşlı uşaqlardır...
Tarix: Bu gün, 18:18
Xəbəri paylaş



Xəbər lenti