Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Krıma aparan körpülərə hücum edib.
Bu barədə Xerson vilayətinin Rusiya tərəfindən təyin olunmuş rəhbəri Vladimir Saldo məlumat verib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Çonqar istiqamətində yerləşən körpüləri hədəfə almağa cəhd göstəriblər.
Hadisədən sonra Cankoy keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Saldo həmçinin Geniçesk ilə Arabat oxunu birləşdirən körpünün də zərbə aldığını bildirib. Daha sonra həmin istiqamətdə nəqliyyatın hərəkətinin bərpa edildiyi qeyd olunub.
Qeyd edək ki, Krıma aparan nəqliyyat marşrutları Rusiya üçün strateji əhəmiyyət daşıyır.