Ermənilərin Qarabağla İran arasında yararlandığı körpülərin peyk görüntüləri yayıldı...- FOTOLAR


Separatçı rejimə ərzaq, yanacaq daşıyan avtomobillərin bu yerlərdən keçdiyi ehtimal olunur...
“Araşdırmamın nəticələrini Azərbaycan XİN-ə də yollasam da, təəssüf ki, günlərdir, cavab yoxdur...”



Xəbər verildiyi kimi, bu günlərdə mətbuatda sosial şəbəkələrin erməni seqmentinə istinadla İran İslam Respublikasının dövlət nömrəli yük avtomobillərinin Azərbaycanın işğal altında sülənən ermənilər üçün yanacaq, xammal, ərzaq və s. daşıdığı barədə video-görüntülər yayılıb. Bu,  Azərbaycan ictimaiyyətində və rəsmi dairələrində haqlı olaraq hiddətlə qarşılanıb və İran dövlətindən izahat tələb olunub. 
İran tərəfi isə məsələni təkzib etməyə çalışaraq qonşu ölkə ilə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimlə heç bir əlaqə olmadığını iddia edib. Lakin bəhs edilən videodakı avtombillərin İrana məxsus olduğu göz qabağındadır. Bundan əlavə, əldə olunan peyk görüntüləri də cənub qonşumuzla Qarabağ torpaqlarımız arasındakı körpülərin yerində olduğunu sübut edir...
Fəal oxucumuz Ceyhun Tağıyev Moderator.az-ın poçtuna internet resursları vasitəsilə apardığı araşdırmanın nəticələrini yollayıb. 

Araşdırma sayəsində İranla Azərbaycanın işğal altındakı Cəbrayıl rayonu arasında Araz çayı üzərindən 5 körpünün peyk fotoları və coğrafi koordinatları müəyyən edilib.

Oxucumuzun şərhi ilə onları nəzərinizə çatdırırıq:

“Hörmətli redaksiya,  aprelin 14-də İranla Qarabağ arasındakı körpülərlə bağlı status paylaşmışam. Körpülərin peyk fotolarını və linklərini də göstərmişəm. Bu haqda XİN-ə də məlumat göndərmişəm. Məktubum oxunub, ancaq təəssüf ki, günlərdir  hər hansı bir cavab yoxdur...

Birinci körpü Araz çayı qarşısındakı bəndin üstündədi. Düz Xudafərin körpüsünün yanındadı. 

Koordinatları belədir:

1) 39.159888, 46.934874

Son ikisinin yanına Kəlheybər yazılıb. Digərlərinin isə  adları  yazılmayıb. Koordinatlarını nəzərinizə çatdırıram:

2) 39.150850, 46.940314

3) 39.140642, 46.954315

4) 39.178133, 47.035118

5) 39.184494, 47.040303

Qeyd edim ki, İran İslam Respublikası ilə Qarabağı birləşdirən körpülərin 5-i də Cəbrayıl rayonundadır...”
 
Güman edirik ki,   hörmətli Ceyhun Tağıyevin saytımız vasitəsi ilə də ictimailəşən araşdırması ilə əlaqədar Azərbaycan XİN  müvafiq tədbirlər görəcək.

Sultan Laçın
Tarix: 23-04-2020, 14:11
Xəbəri paylaş



Xəbər lenti