Bazarstore -də əndrabadi müştəri "qayğı"sı - Etibarınızı bir balaca qazanc üçün niyə yox edirsiniz ki??? FOTO

Bazarstore -də əndrabadi müştəri "qayğı"sı -
Az əvvəl Bazarstore -da maraqlı #marketinq #hiyləsinə şahid oldum. Həmişə bir çox işlərinə görə təqdir etdiyim bu market şəbəkəsi bu dəfə təəssüf etdirdi.
Bir tərəfdə 800 qramlıq Ankara mərcisi endirimlə 2.99 manat idi, bir az qarşıya gedirsiz ,eyni mərcini 1+1 paketləməsi ilə, yenidən endirimlə ,800q+800q ,yəni ikisi bir yerdə 3.99 manat .. . İlkin qiyməti 3.59 manat olan məhsul qoşa şəkildə 4 manat olub)
başqa sözlə ,müştəri iki paketi ayrılıqda götürsə 6 manat, hədiyyəli götürsə 4 manat verəcək) fərqinə varsa ,qazanacaq
Marketlərin çoxunda bu cür müştəri "qayğı"sının dəfələrlə şahidi olmuşam.
Etibarınızı bir balaca qazanc üçün niyə yox edirsiniz ki???


Tarix: Bu gün, 12:14
Xəbəri paylaş



Xəbər lenti