“İrşad”da böyük endirim yalanı iddiası – Foto

“İrşad”da böyük endirim yalanı iddiası – Foto

“İrşad”ın yeni endirim yalanını müştərilər ifşa edib.

Tribuna.az xəbər verir ki, bu barədə yazan Aydın Həsənov adlı şikayətçi bildirib ki, “İrşad”da faizsiz kredit adı ilə alıcıları aldadırlar:

“”İrşad” 500 AZN endirim edib 460 manat komissiya tətbiq etməklə faizsiz kredit adıyla xalqı aldadır. Elə bilirlər hamı əfəldi, bir özləri ağıllıdı?

15% komissiya nəyin komissiyasıdı? Məhsulun qiymətinin 15%-nə şərik durmaq nə dərəcədə doğrudu?”.

Şikayətçi bildirib ki, alıcılar rəqəmləri görüb aldanır, ancaq tətbiq edilən faizsiz kredit onlara heç bir güzəşt qazandırmır.

Məsələ ilə bağlı “İrşad”a sorğu ünvanlamışıq. Cavabı oxucularımıza da təqdim edəcəyik.

Gülşən Rəsul

Tarix: Bu gün, 12:31
Xəbəri paylaş



Xəbər lenti