
AXS.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a şikayət daxil olub.
“Davidov Global” şirkətinin xidmətlərindən istifadə edən vətəndaş bildirib ki, viza düzəltmək üçün ondan 1000 manat pul alıblar:
Şikayətçinin sözlərinə görə, o, 2026-cı ilin yanvar ayında viza məsələsinin həll olunması üçün “Davidov Global”a 1000 manat pul ödəyib. Lakin aradan aylar keçməsinə baxmayaraq, vətəndaşın işi həll olunmayıb və ödədiyi vəsait də geri qaytarılmayıb.
“Yanvar ayından bu yana nə iş düzəlir, nə də pul qaytarılır”.
Vətəndaş bildirir ki, məsələ ilə bağlı şirkətlə dəfələrlə əlaqə saxlamağa çalışıb. Lakin şirkət nümayəndələri tərəfindən ona “get, polisə şikayə et” cavabı verilib. Hazırda vətəndaşın əsas tələbi ödədiyi 1000 manatın geri qaytarılması və viza məsələsi ilə bağlı yaranmış vəziyyətin araşdırılmasıdır.
Bakıvaxtı.az məsələ ilə bağlı “Davidov Global” şirkəti ilə əlaqə saxlayıb.
Şirkət nümayəndələri vətəndaşın ödədiyi pulun geri qaytarılacağını bildiriblər. Qeyd olunub ki, şirkətin vətəndaşın pulunu qaytarmayacağı və ya vəsaiti mənimsədiyi ilə bağlı hər hansı iddia əsassızdır. Tərəflər arasında yaranmış problemin ödənişin geri qaytarılması ilə həll olunacağı vurğulanıb.
Məlumat üçün bildirək ki, “Davidov Global” şirkəti 2017-ci ildən fəaliyyət göstərir.