
“Nardaran İnvest” MMC-yə məxsus 34428,19 manat məbləğində daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsi qadağan edilib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib.
Qadağaya səbəb şirkəti müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəb olub.
Şikayət ərizəsi onunla əsaslandırılıb ki, “Nardaran İnvest”lə “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılıb, lakin qarşı tərəf öhdəliklərini yerinə yetirməyib. Şikayət edən şirkət 34428,19 məbləğində əsas borcun, 8607 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2132,79 manat pulun və 248,05 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.
Şikayətçi eynizamanda borcun ödənilməsi məqsədilə “Nardaran İnvest”in bank hesablarına da həbs qoyulmasını istəyib.
Məhkəmə təqdim olunan sənədləri ilkin sübutlar kimi qiymətləndirərək iddianı qismən təmin edib. Nəticədə “Nardaran İnvest”ə məxsus 34428,19 manat məbləğində daşınar və daşınmaz əmlakların özgəninkiləşdirilməsi qadağan edilib.
Qeyd edək ki, “Nardaran İnvest” MMC Nardaran qəsəbəsində yerləşən, tanınmış “Sea Breeze” kurort şəhərciyi və istirahət zonası layihələri ilə əlaqəli olan və tikinti-inkişaf sahəsində fəaliyyət göstərən yerli şirkətdir.