
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Xətai Estetik Klinikası”nda plandankənar yoxlama keçirilib.
AXS.az-ın məlumatına görə, keçirilən yoxlama zamanı sertifikatsız şəxslərin plastik cərrahiyyə işi üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib.
Bəlli olub ki, cəmiyyətdə plastik-cərrah kimi tanınan Rəvan Cəfərli və Kamil Quluzadə müəssisədə plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsinə malik olmadan əməliyyatlarda iştirak ediblər.
Bu, fakt klinikanın tibbi qeydiyyat sənədlərində də öz əksini tapıb.
Nəticədə klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Şirkətin direktoru adıçəkilən həkimlərin klinikada əməliyyat keçirməsindən xəbərsiz olduğunu bildirsə də, məhkəmə bu izahatı məsuliyyətdən boyun qaçırmaq kimi qiymətləndirib.
Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə klinikanın məxsus olduğu “Kaspi TM” MMC 6000 manat cərimələnib. (Xitab24.az)