Bakıda vahiməli küçə - Qaranlıqda uzun yol gedən sakinlərdən ŞİKAYƏT VİDEO

Bakıda vahiməli küçə - Qaranlıqda uzun yol gedən sakinlərdən ŞİKAYƏT VİDEO
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Eldar Xəlilov küçəsi qaranlığa qərq olub.

Neqativ.com ATV-yə istinadən məlumat verir ki, ərazidə işıq dirəkləri var, lakin işıq yoxdur.

Sakinlər isə axşam vaxtı ərazidən qorxaraq istifadə edirlər. Onların sözlərinə görə, mövcud vəziyyət uzun illərdir qalmaqdadır. Sakinlər həm də sahibsiz itlərdən şikayət edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, heç bir nəticə əldə olunmayıb.

Ətraflı süjetdə:

Tarix: 23-06-2025, 15:23
Xəbəri paylaş



Xəbər lenti