Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində maliyyə pozuntusu -pullar qanunsuz xərclənib

Hesablama Palatası tərəfindən Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı 
Əsaslı Tikinti və Təchizat İdarəsində 53,5 milyon manatlıq dövlət investisiyalarının 
istifadəsinə dair audit aparılıb.
Yenixeber.org: Məlumata görə, audit 2021–2023-cü illəri əhatə edən 10 layihəni 
əhatə edib vəciddi nöqsanlar üzə çıxıb.
Məlum olub ki, bir sıra layihələr planlaşdırılarkən texniki-iqtisadi əsaslandırmalar 
aparılmayıb, bu da vəsaitin məqsədəuyğun istifadə edilməməsinə səbəb olub. 
Layihələrin icrası müddətlərinə əməl edilməyib, bəzi layihələr gecikib, bəzilərində 
isə əsaslandırmalar yetərsiz olub. Təhsil müəssisələri üzrə 3 tikinti obyektində smeta 
və müqavilə həcmlərindən artıq işlərin daxil edilməsi nəticəsində 92 min manat artıq 
vəsait xərclənib.
5 layihədə müqavilə üzrə nəzərdə tutulmayan işlər görülüb və nəticədə 633 min manat 
dəyərində əlavə ödənişlər baş verib. 6 layihədə isə müəllif nəzarəti olmadan 560 min 
manatlıq işlər yerinə yetirilib. Eyni zamanda, 5 müqavilə üzrə faktiki icra edilməyən və 
ya həddindən artıq göstərilən işlər üçün ümumilikdə 784 min manat artıq vəsait ödənilib.
Satınalma prosedurlarında da ciddi pozuntular aşkarlanıb – bəzi hallarda tenderdən əvvəl 
müqavilələr bağlanıb, bəzi hallarda isə ehtimal dəyəri nəzərə alınmayıb. Nəticədə dövlət 
vəsaitlərinin səmərəsizistifadəsi və qanunvericiliyin pozulması halları baş verib.
Hesabatda, həmçinin maliyyə sənədlərində ziddiyyətlərə və qeyri-şəffaflığa diqqət çəkilir. 
5 obyekt tabeli qurumlara balansa verilməyib, 2 obyektdə isə avadanlıqların sənədləşməsi 
düzgün aparılmayıb.
Nəticədə, podratçılara artıq ödənilmiş 1 milyon 305 min manatın dövlət büdcəsinə 
qaytarılması qəraraalınıb. Hesablama Palatası İdarədən nöqsanların aradan qaldırılmasını 
və gələcəkdə bu kimi halların qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
Tarix: 20-04-2025, 16:12
Xəbəri paylaş



Xəbər lenti

https://vbets-nl.com/