Bakı və digər iri şəhərlərdə yaşayış binalarının tikintisi ilə məşğul olan "Kristal Absheron" şirkətinin rəhbərliyi şirkətə "PR" xidməti göstərən şəxslər tərəfindən aldadılır.
AzFakt.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə "Kristal Absheron" şirkətinin inşa etdiyi yaşayış binalarının reklamı zamanı yayımçılara ödənilən vəsait rəsmi sənədlərdə dəfələrlə şişirdilir.
Yayımçılara ödənilən vəsaitlərin əsas hissəsinin sonradan "PR" işlərini həyata keçirən şirkət rəsmilərinə geri qaytarılır.
Qeyd edək ki, Azərbaycanda reklam bazarı kövrək hesab edilir. Zəif inkişaf etmiş bu sahədə də bəzi sahələrdə olduğu kimi monopoliya yaradıldığı deyilir.
Bu sahədə zaman-zaman danışan ekspertlər də reklam bazarında bir sıra problemlər movcud olduğunu bildiriblər.
AzFakt.com "Kristal Absheron" şirkətindən məsələyə mövqe öyrənə bilməyib.
Tarix: Bu gün, 12:57