Cənab Prezident, gəlin, Abşeronda bu yolu görün – Foto
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində təmirini gözləyən 200 metrlik yol hələ də fəlakət vəziyyətində saxlanıb. Bu mövzuda Tribunainfo.az yazdı, Xəzər TV süjet yayımladı, di gəl, çi fayda?! Sanki sözü daşa demisən. Bəlkə də daş dilə gələrdi, amma Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və cavabdeh qurumlar bir balaca yeri düzəltmək bilmirlər. Hətta Suriyada, Ukraynada belə yol görmək olmaz, Xırdalanda var. Avtomobillər isə məcburiyyətdən qarşıdan gələn maşınların yoluna çıxaraq həmin böyük çuxuru keçməyə çalışırlar. Axı bir balaca yer nədir ki, ora asfalt tökmək istəmirlər?! Elə bil dədə malıdır, dövlətin vəsaitinə qıymırlar. Gərək ki hadisə ola, faciə baş verə, onda hərəkətə keçsinlər. Xırdalan sakinləri prezidenti əraziyə dəvət edərək, bu mənzərəni görməsini xahiş edirlər. Çünki yerli icra başçısı Abdin Fərzəliyev və aidiyyatı orqanlar bu fəlakətə göz yumurlar.