AQTA Rusiyaya meyvə aparanlara “hücuma keçib”: Yüzlərlə maşın Kürdəmirdə saxlanılır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribov vəzifəsindən sui-istifadə edərək, kəndlilərə hucum edib, onlara küllü miqdarda ziyanlar vurur. Tribunainfo.az xəbər verir ki, bu sözlər Göyçay rayonu, Cəyirli kənd skaini 3-cü dərəcəli gözdən əlil Abışov Natiq Məzahir oğlu tərəfindən göndərilmiş məktubdandır. O yazıb ki, hər il mövsümü meyvələri özləri və digər şəxslərin bağından alaraq, Rusiyada satmaqla ailələrini dolandırırlar. “Bu ildə həmişəki ki, xurma meyvələrini tədarük edib, Rusiyaya satmağa aparmaq istəsək də, AQTA-nın Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovun göstərişi ilə qanunsuz qadağaya məruz qalmışıq. Bizdən qanunda nəzərdə tutulmayan sənədləri tələb edir ki, buna görə 1 ay vaxt lazımdır. Ancaq bu müddət ərzində xurma maşında çürüyərək, sıradan çıxacaq. Və bizə ciddi ziyan dəyəcək”. Natiq Abışov bildirir ki, tonlarla xurma meyvəsi yığılımış çoxlu sayda yük maşınları Eldəniz Qəribovun qadağasına görə, bir neçə gündür Kürdəmir rayon ərazisində gözləyir. “Kim pul veribsə, onun məhsulunu Rusiyaya aparılmasına razılıq verilib. Bİz isə bir neçə gündür gözləyirik. Belə getsə məhsulumuz məhv olacaq”. Göyçay sakini Prezident İlham Əliyevə media vasitəsi ilə müraciət edərək, bu məsələdən dolayı dəstək istəyib. O xahiş edib ki, ölkə başçısı bu cür halların qarşısını almaq üçün tədbir görsün.