İşdən çıxarılan əməkdaşı "Araz supermarket"i məhkəməyə verib.
Marketlər şəbəkəsinin keçmiş işçisi Mehbalıyev Kamran İlqar oğlu Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
O, müraciətində haqsız yerə işdən çıxarıldığını bildirib.
K.Mehbalıyev "Araz supermarket" tərəfindən işə bərpa edilməsini və əmək haqqının da ödənilməsini tələb edir.
İddia hakim Ramin Xəlilovun sədrliyi ilə araşdırılacaq. Məhkəmə iddianı təmin edərsə, "Araz supermarket" keçmiş əməkdaşını işə bərpa etməyə və onun işdən ayrıldığı müddət üçün əməkhaqqısını ödəməyə məcbur olacaq./İqtisadiyyat.az
Tarix: 24-02-2024, 16:16