Ötən il Antiinhisar təbii inhisarçı olan Aztelekom-a qarşı antiinhisar qanunvericiliyin pozulması üzrə iş açaraq onu cərimələyib.
Səbəb isə Aztelekom-un provayderlər üçün müəyyən olan tarifləri əsassız və qanunsuz olaraq 4 dəfə qaldırması olub.
Bu gün Antiinhisarın rəhbəri Məmməd Abbasbəyli bu məsələnin hələ də öz həllini tapmadığını bildirib.
Çünki Aztelekom adı çəkilən qərardan razılaşmayaraq Antiinhisarı məhkəməyə verib.
Məhkəmə isə uzun müddətdir ki, bitməyib və hələ də davam edir.
Bizim isə bu məsələdə mövqeyimiz, bir daha təkrarlamaq isterdik ki, birmənalıdır.
Antiinhisarın qərarı ədalətlidir, Aztelekom səlahiyyət həddini aşıb.
Təbii inhisar subyekti olan, həm də pərakəndə internet xidmətləri göstərən bu dövlət qurumunun müstəqil olaraq , digər pərakəndə xidmət göstərən provayderlər üçün, yəni Aztelekom-un rəqibləri üçün tarif dəyişməsi yolverilməzdir.
Bu, hazırda RİNN tərəfindən uğurla reallaşdırılan "Onlayn Azərbaycan" layihəsnin əsasını təşkil edən "dövlət-özəl tərəfdaşlığı" prinsipinə də ziddir.
Baxmayaraq ki, 85 milyon krediti qaytarmaq Aztelekom üçün prioritetdir, amma istənilən halda tarif dəyişikliyi qanunsuzdur və yolverilməzdir.
Ümid edirəm nəzərə alacaqlar.
Osman Gunduz,