Bakı Kommersiya Məhkəməsində "Cargo.az" MMC-nin mobil rabitə xidmətləri göstərən və “Nar” ticarət nişanı ilə tanınan "Azerfon" MMC və Bakı Şəhəri 51 saylı Notariat Kontoruna qarşı iddiası əsasında məhkəmə başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası gələn il yanvarın 29-na təyin edilib.
Qeyd: "Cargo.az" MMC "Azerfon" MMC və Bakı Şəhəri 51 saylı Notariat Kontorunu məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələ barədə tələb irəli sürüb.
Tarix: 26-12-2023, 10:12