Şəhid ailələrinə güzəştlərlə bağlı yeni qərar verildi - DETALLAR

bitmap-img6





Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib.

AzFakt.com xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarəna əsasən, qaydanın 2.1.6-cı yarımbəndindən “həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarıb.

Qaydanın əvvəlki variantı isə belədir:

Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

- arvadı (əri);

- valideynləri;

- 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;

- babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

2.1.3 və 2.1.4 bəndlərdə (18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar) göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
Tarix: 7-12-2023, 22:31
Xəbəri paylaş



Xəbər lenti