Bakıda məzar yeri də bahalaşıb? - Qəbiristanlıqlarda qanuni qiymət cəmi… - BAŞ MÜHƏNDİS


Bakıda məzar yeri də bahalaşıb? - Qəbiristanlıqlarda qanuni qiymət cəmi… - BAŞ MÜHƏNDİS

Bakıda son mənzilin dodaq uçuqladan qiymətləri insanları həmişə təəssüfləndirməklə yanaşı, həm də təəccübləndirib.
Şəhərin mərkəzində yerləşən qəbiristanlıqlarda bildiyimiz kimi hər kəsin dəfni asan məsələ deyil. Buna görə də tələblər və imkanlar fərqlidir. Bakının bahalı və ucuz qəbir yerləri istiqamətə görə dəyişir. Yəni qəbir yeri, qiymətləri qəbiristanlığın yerləşdiyi məkandan asılı olur. Ərazinin şəhərə yaxınlığı isə sözsüz ki, qiymətlərdə xüsusi rol oynayır.
Hələ bir neçə il bundan qabaq məzar yerləri Biləcəridə 400-500 AZN, Xırdalanda 800-1500 AZN, Badamdarda - 800-2000 AZN, Günəşlidə 600-1500 AZN, Qaraçuxurda 200-1000 AZN, Qurd qapısında 2000-3000 AZN, Hövsan qəbiristanlığında 150-300 AZN təşkil edirdi. Sonradan bu məbləğ azı 2 dəfə artdı.
Təbii ki, bu qiymətlər qeyri- qanuni elan edilmiş məbləğə daxildir.
Əslində məzar yerinə görə dövlətə ödənilməli rüsum nə qədərdir?
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Cebhe.info-ya açıqlamasında məzar yerləri üçün müəyyənləşən dövlət rüsumunun məbləğinin neçə illərdir stabil qaldığını bildirib:
“İllərdir ki, müəyyən edilən ödəniş elə 63 manat olaraq qalır. Qiymətlərin qeyri- qanuni olması, məzar yerlərinin baha satılması barədə heç bir məlumatım yoxdur”.
Tarix: 10-12-2021, 23:54
Xəbəri paylaş



Xəbər lenti