Şükürbəyli-Cəbrayıl-Hadrut yoluna asfalt örtüyünün döşənməsinə başlanıldı - FOTO
Artıq avtomobil yolunun ilk 11 km-lik hissəsində torpaq işləri və süni qurğuların inşası işləri bitib
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
AYNA xəbər verir ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 kilometrdir.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. İnşa edilən yolun hərəkət hissəsi 14 metr təşkil edir.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.
Artıq avtomobil yolunun ilk 11 km-lik hissəsində torpaq işləri və süni qurğuların inşası işləri bitib.
Qeyd olunan ərazinin ilk 3 km-lik hissədə yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib, yol əsası inşa edilib və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Hazırda asfalt-beton örtüyünün alt layı döşənir. 3-cü və 5-ci km-lik hissədə isə yolun genişləndirilməsi, əsasın alt və üst layının tikintisi işləri icra olunub, texnoloji ardıcıllığa uyğun olaraq digər inşaat işləri agentlik tərəfindən davam etdirilir.
Yol boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su keçidi, həmçinin tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yerdə yolaltı keçidlərin tikintisi də icra olunur. Artıq layihə üzrə nəzərdə tutulan 12 dairəvi boru və 5 yolaltı keçidin inşası yekunlaşıb.
Ümumilikdə isə yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının inşası davam etdirilir, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı layın asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.
Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Tarix: 1-12-2021, 14:16
-
Bu gün, 07:43
İranı etiraz aksiyaları bürüdü - FOTO
-
Dünən, 22:42
Monopolist deputatın şirkətlərinə stop qoyulub - SİYAHI
-
Dünən, 22:36
“Azərlotereya” öz gəlirlərini fikirləşir — Deputatdan SƏRT AÇIQLAMA
-
Dünən, 22:01
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Dünən, 22:01
Xəzər sahilləri işğaldadır - Zirənin hasarlanmış dənizkənarı sahilləri.. VİDEO
-
Dünən, 21:58
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?
-
Dünən, 21:55
Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR???
-
29-04-2024, 22:23
Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?
-
29-04-2024, 10:48
Milyonçu Adnan Əhmədzadənin "Rahat market"i işçiləri qula çevirib - Qazidən şok faktlar
-
26-04-2024, 22:29
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
26-04-2024, 21:48
Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı
-
26-04-2024, 21:40
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? – Foto
-
24-04-2024, 17:48
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
23-04-2024, 22:11
Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi
-
23-04-2024, 07:16
Xərəkdə qəbul edib ayaqda yola salan fizioterapiya şöbəsi- Bərdə səhiyyəsinə sağ ol deməkdən başqa...
-
21-04-2024, 23:18
Azərbaycanlı biznesmeni öldürüb Türkiyəyə qaçdı
-
21-04-2024, 22:51
Əmlak şirkəti “Veysəloğlu” barədə məhkəmə iddiası qaldırıb - TƏFƏRRÜAT
-
9-04-2024, 11:14
Deputat Kamaləddin Qafarovun şirkətinə 5 milyonluq tender – MÜƏMMA
-
9-04-2024, 11:10
İKİ MİLLİ “FÜRER” - Ramin Abdullayev Namiq Hümmətovun himayyəsi altında terror qurbanlarını süründürür
-
8-04-2024, 23:13
Gündüz Əliyevin törətdiyi və keçmiş MTN-nin 2014-cü ildə “Buta” əməliyyatı ilə üzə çıxardığı ilk, indiyədək davam edən digər QATI CİNAYƏTLƏRİNİN “DOSYESİ”
-
8-04-2024, 23:10
ABŞERON-XIZI REGIONAL TƏHSIL İDARƏSI QOHUMBAZLIQ GIROVUNDA -XALANƏVƏSI, XALAQIZI VƏ DAHA KIMLƏR…
-
8-04-2024, 23:09
Anar Əlizadə həbsin bir addımlığında - SANKSİYAYA DÜŞƏN RUSLARA KÖMƏK EDİRMİŞ
-
8-04-2024, 23:09
Milli Onkologiya Mərkəzi-nin əməkdaşları rüşvəti necə özbaşına alırlar? - FAKTLAR
-
8-04-2024, 23:09
"Veysəloğlu" şirkəti "qoçu dəstəsi" maliyyələşdirir - qaziləri susdurmaq üçün... VIDEO
-
8-04-2024, 23:08
Əbülfəs Qarayevin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb – Faktlar
-
8-04-2024, 23:02
TACİKİSTAN UĞRUNDA SAVAŞ - Çin və Hindistanla yanaşı, İran da Rusiyadan “boşanan” bu ölkəyə göz qoyub...
-
8-04-2024, 23:01
Müasir müharibə reallıqları: artıq heç nə əvvəlki kimi deyil
-
8-04-2024, 16:21
SON DƏQİQƏ! İran qisas əməliyyatlarına BAŞLAYIR
-
7-04-2024, 22:53
Ukrayna Şimali Koreya ballistik raketləri üçün sınaq meydanına çevirilir - ABŞ narahatdır
-
7-04-2024, 22:43
MASALLI SAKİNLƏRİ RAYON RƏHBƏRLİYİNDƏN ŞİKAYƏTÇİDİR - "Bizim kənd, deyəsən, məmurların yadından çıxıb..." / Video, Foto