Paytaxtın Nərimanov rayonunda şagirdlər soyuqdan donur - SƏBƏB


Paytaxtın Nərimanov rayonunda şagirdlər soyuqdan donur - SƏBƏB

 Soyuq havaların düşməsinə baxmayaraq, paytaxtın Nərimanov rayonunda şagirdlər siniflərdə üst geyimlərini çıxarmadan oturmağa məcbur qalıb.
 
 
 
Sfera.az-ın məlumatına görə, buna səbəb yaxınlıqda hündürmərtəbəli binanın inşa edilməsi səbəbilə məktəbin istilik sistemində yaranan problemdir.
 
 
Belə ki, Nərimanov rayonu, Nazim Hacıyev 20 ünvanında hündürmərtəbəli binanın tikintisi 82 saylı məktəbin şagirdlərinə baha başa gəlib. Valideynlərin çoxsaylı şikayətlərinə baxmayaraq problem həllini tapmayıb.

 
Şagirdlərin valideynləri bildirir ki, Park Residence yaşayış kompleksinin inşası zamanı məktəbə gedən borular zədələnib və bunun bədəlini isə uşaqlar ödəyir.
 
 
 
 
Ümid edirik ki, müvafiq qurumlar məsələni diqqətdə saxlayacaq və məktəbin istilik problemi müsbət həllini tapacaq.
Tarix: 16-11-2021, 12:02
Xəbəri paylaş



Xəbər lenti