Qorxmaz İbrahimli: “Suyun vətəndaşa maya dəyərindən aşağı satılması doğru deyil”



“Azərsu” rəhbərliyi dedi ki, içməli su maya dəyərindən aşağı satılır. Məmurların ucbatından hər şey ola bilər. Suyun vətəndaşa maya dəyərindən aşağı satılması doğru deyil. 
 
Pravda.az-ın xəbərinə görə, bunu “Azərsu” ASC yanında İctimai Şuranın üzvü Qorxmaz İbrahimli bildirib.
 
“Suyun maya dəyərinin qalxmaması üçün nə etmək lazımdır? Boru xətləri düzgün çəkilməli idi... Məmurlar dövlətə metri 30 qəpik olan borunu 30 manata satmamalı idilər. Demoqrafik siyasət də düzgün aparılmayıb. 1990-cı illərdə baş verənlərlə əlaqədar insanlar Bakı və Abşerona üz tutdular, demoqrafik böhran yarandı. Kənd təsərrüfatına böyük ziyan dəydi. Bu da “Azərsu” kimi şirkətləri dövlətdən asılı vəziyyətə saldı...” – Q.İbrahimli qeyd edib.
Tarix: 3-11-2021, 21:33
Xəbəri paylaş



Xəbər lenti