"Prezidentin artırdığı sosial ödənişlər qiymət artımını xeyli üstələyəcək" - Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda Tarif Şurasının qaz və elektrik qiymətlərində etdiyi dəyişikliklərin təbii olaraq cəmiyyətdə, sosial şəbəkələrdə müəyyən müzakirələrə səbəb olması və Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə bağlı sualları cavablandırıb:
- Azərbaycanda qazın, elektrikin qiymətinin artırılmasına ehtiyac yaranmışdımı?
- Azərbaycanda qazın illik istehlakı 11mlrd. kubmetr ətrafındadır. Dövlətin (SOCAR-ın) hasil etdiyi qazın həcmi 6 mlrd. kubmetrə yaxındır. Neft hasilatından əldə olunan səmt qazının həcmi isə 2mlrd. kubmetrə yaxındır. Çatışmayan (11-6-2=3) 3 mlrd. kubmetr isə dövlət konsorsiumdan ("Şahdəniz"-red) alır.
Dövlət (SOCAR) özünün hasil etdiyi qazı "Azərkontrakt"a 1 000 kubmetri 75 manatdan (44 $) verirdi, bu rəqəm qazın hasilatına çəkilən xərci ödəmirdi, buna görə də SOCAR-n satış qiyməti 1 000 kubmetr üçün 90 manat (53 $) oldu.
Neft hasilatından əldə olunan səmt qazı Azərbaycana pulsuz verilsə də, bir çoxlarının anladığı kimi bu qazın istehlakçıya çatdırılmasının da pulsiz başa gəlməsi anlamına gəlməməlidir. Çünki qaz pulsuz olaraq dənizdə “quyu başında” verilir, bu qazı sahilə nəql etmək, təmizləmək, saxlamaq və istehlakçıya çatdırmaq üçün xeyli xərc çəkmək lazım olur.
“Şahdəniz” konsorsiumunun qazı Azərbaycana satmaq və ya ucuz satmaq kimi bir öhdəliyi yox, xarici şirkətlərin iştirakı ilə qurulan bu konsorsiumun əsas məqsədi qazı baha satmaq, ixrac etmək və yüksək gəlir əldə etməkdir. Biz də onlardan çatışmayan qazı bazar qiymətləri ilə alırıq, dünya bazarında qazın qiyməti isə neft qalxdıqca o da qalxır, 1 000 kubmetri 500-700-2 000 $ ətrafında dəyişir. Qiymət fərqinə fikir verin.
Yəni, Azərbaycanda əhaliyə və biznes sektora satılan qazın satış qiyməti alış və ya maya dəyərindən xeyli yüksəkdir. Bu problem indiyə qədər dövlət büdcəsindən (vətəndaşların pulundan) subsidiya ödəməklə həll olub. Amma subsidiya daimi ola bilməz. Hazırda büdcə qarşısında xeyli tarixi vəzifələr var, bərpa, quruculuq işləri, təhlükəsizlik və s. kimi mühüm çağırışlar mövcuddur. Ona görə də, müasir bazar iqtisadiyyatı yolu seçildi - satış qiymətləri artırılaraq zərərə yol verməmək yolu seçildi. Bununla yanaşı, idarəetmənin təkmilləşdirilməsi, xərclərin azaldlılması istiqamətində də iş gedir, amma bu bir az vaxt alacaq.
- Bəs bu artım ailələrə nə qədər təsir edəcək?
- Aparılan təhlillər göstərir ki, qaz istehlakında (qiymətin artdığı sektorda) əhalinin orta aylıq çeki 9 manatdır. Elektrik istehlakında isə orta aylıq çek 16 manatdır. Təqribən qiymətlərin orta hesabla 20% artdığını nəzərə alsaq, qiymət dəyişmələri bir ailəyə orta hesabla ayda 5 manat əlavə xərc yaradacaq. Bu birbaşa təsirdir. Təbii ki, müəyyən qədər inflyasiyanın artması, istehsal və xidmət müəssisələrində də müəyyən qədər qiymətlətin artması baş verəcək.
- Bu təsiri dövlət yumşaldacaqmı?
- Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanıb. O, bunu tarixin bütün anlarında sübut edib. Dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq hissəsi, əlavə gəlirlər daim vətəndaşların sosial vəziyyətinin daha da güclənməsinə yönəldilib. Dövlət qarşısında duran nəhəng və çətin layihələrin maliyyə tələblərinə baxmayaraq Prezident İlham Əliyev dünən “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncam birbaşa 2 milyona yaxın insanı əhatə edəcək.
Milli Məclisə daxil olacaq 2022-ci ilin Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Hesad edirəm ki, əhalinin gəlirlərinin (maaş, pensiya, təqaüd və s) xeyli dərəcədə artımına gətirib çıxardacaq bu dəyişikliklər kommunal sahədə əhalinin xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək.
Qeyd etmək istərdim ki, ölkədə idarəetmənin təkmilləşməsi, maliyyə şəffaflığı, büdcə vəsaitlərinə edilən qənaət, zərərlə işləyən sahələrin zərərdən çıxarılması dayanıqlı iqtisadi artım modeli qurmaq yolunda atılan mühüm addımlardır. Dayanıqlı iqtidadi artım modelinim isə son məqsədi vətəndaşların daha yaxşı və təhlükəsiz yaşayışını təmin etməkdir.
Report
Tarix: 17-10-2021, 23:47
-
Bu gün, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Bu gün, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Bu gün, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Bu gün, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Bu gün, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Bu gün, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Bu gün, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Bu gün, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Bu gün, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Bu gün, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Bu gün, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
4-08-2026, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
4-08-2026, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar