Fikir verirəm son günlər mətbuat cameəsində maraqlı prosesslər gedir.
Düzdür qabarıq deyil. Mətbuatda elə də reklam, ajiotaj edilmir. Amma nələrsə baş verir. İlham Əliyev mətbuatda islahatlar aparılmalıdır fikrindən sonra MEDİA agentliyi yaradıldı bu bu qurum 1 ildən çoxdur ki, bir sıra mühüm addımlar atdı. O cümlədən "Media haqqında" yeni qanun layihəsini hazırlayıblar və yaxın günlərdə çox gumanki Parlamentdə müillət vəkillərinin müzakirəsinə veriləcək. Sözün bunda deyil. Sözüm son 1 ildir ki, susan Mətbuat Şurası ilə bağlıdır. 1 aydır ki, Mətbuat Şurası MEDİA agentliyinin keçirdiyi tədbirlərin alternativini keçirir. Hətta mövzulara qədər, keçirilən görüşlərin ünvanına qədər eyni seçilir. Bir fərq var ki, MEDİA agentliyi keçirdiyi görüşlərdə, müzakirələrdə yeni-köhnə jurnalistlərə, baş redaktorlara da üstünlük verir. Mətbuat Şurası isə elə əvvəlki ( Əli Həsənovun komandasını nəzərdə tuturam) komandanı yığır başına. İstisnalar çox azdır. Elə bil heç nə olmayıb. Vüqar Səfərli həbs edilməyib, milyonlar yeyilməyib və sair. Müşahidə etdiyim bu məsələ mənim üçün çox maraqlıdır. Bəlkə kimsə bilir nə baş verir.
Şöhrət Eldəniz
“Visiontv.az” saytının baş redaktoru