UNEC-də 35 yaşlı prorektor təyinatı


UNEC-də 35 yaşlı prorektor təyinatı


Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektor təyin olunub. 
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı universitetin rektoru Ədalət Muradov bu gün əmr imzalayıb. 
Əmrə əsasən, fəlsəfə doktoru Neman Muradlı Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor təyin edilib.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü Neman Muradlı magistr təhsilini və fəlsəfə doktoru elmi dərəcəsini Cənubi Koreyada alıb. Prorektor təyinatına qədər  Dövlət Neft Fondunda işləyib, həm də UNEC-də müəllimlik fəaliyyətilə məşğuldur.
Tarix: 7-10-2021, 08:52
Xəbəri paylaş



Xəbər lenti