ÜÇ QUDA BAKINI FƏLAKƏTƏ SÜRÜKLƏYİR: AAYDA KİMLƏRIN ƏLİNDƏDİR? – FOTO,VİDEO


ÜÇ QUDA BAKINI FƏLAKƏTƏ SÜRÜKLƏYİR: AAYDA KİMLƏRIN ƏLİNDƏDİR? – FOTO,VİDEO


Bakı yenə yağış sularına təslim oldu. Daha doğrusu, təslim etdirildi. Bu, ilk dəfə baş vermir. Şəhərə yarım saat yağış düşən kimi yollar, küçələr, həyətlər su altında qalır. Artıq problem o qədər adiləşib ki, insanlar vəziyyətə vərdiş ediblər.
Əvvəllər, bunun günahını şəhərin arxitekturasını yaman günə salan keçmiş mer Hacıbala Abutalıbovda görürdülərsə, zaman keçdikcə məlum olur ki, günah tək onda deyilmiş, paytaxtın yol infrastrukturunu quranlar Bakını bu günə qoyublar.
TİA.Az xəbər verir ki, söhbət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov, Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevdən gedir.

Bu trionun birgə addımlaması təsadüfi deyil. Çünki hər üç məmur qudadırlar. Bir sözlə, AAYDA-nı qudalar idarə edir.
Həmin qudalar – Məmmədov, Qasımov və Həmzəyev isə şəhərin yollarını elə günə qoyublar ki, yağış yağmasına peşman olur.
Ona görə ki yolların bərpasında normalar gözlənilmir, drenaj sistemindən, kollektorlardan tutmuş digər texniki məsələlərə qədər başdansovduluq edilir, asfaltlanan yollar isə bir yağışla dəlmə-deşiyə çevrilir, gölməçə yaranır.

Niyə – korrupsiyanın, ayrılan vəsaitlərin mənimsənilməsinin sayəsində keyfiyyətsiz iş görülməsinə görə…
AAYDA-nın yolların təmiri və tikintisi zamanı yağış barmaqlıqlarını yol kənarlarında quraşdırmaq kimi bir öhdəliyi var. Bu barmaqlıqlar da yaxınlığında kanalizasiya, yaxud yağış kollektoru olan yollarda təşkil olunmalıdır.
Göründüyü kimi, sədr rəhbərlik edir, qudalardan biri – Ə.Qasımov Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi olaraq tapşırıqları lazımınca “həyata keçirir”, Həmzəyev isə maliyyə maxinasiyalarında üzərinə düşən öhdəliyi “yerinə yetirir”.
Nəticədə Bakı bu vəziyyətdədir – hər yan tıxac, prospektləri və tunelləri su basıb, sanki XXI əsr deyil.

Saleh Məmmədov bir çox böyük layihələrə rəhbərliyi məhz Əflatun Qasımova həvalə edir. Sonradan vəzifə başına gələnlərdən olsa da, bu gün onun da dəyəri milyonlarla ölçülən var-dövlətinin olması barədə məlumatlar var.
Təkcə onu demək kifayət edir ki, Əflatun Qasımov son 5 ildə Bibiheybət yolunun 3 dəfə Uçması nəticəsində milyonlarla manat dövlət vəsaitini təyinatından kənarlaşdırıb.
Müseyib Həmzəyev isə Saleh Məmmədovun bütün gizli maliyyə sövdələşmələrini, xarici ölkələrə transferləri həyata keçirən bir şəxsdir.
Məlumatlara görə bu təcrübəyə o, vaxtı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də Maliyyə İdarəsinin müdiri işləyərkən yiyələnib. Məlumatlara görə onun ofşorlarda yaxçı əlaqələri var və çirkli pulları xarici ölkələrdə leqallaşdıra biləcək 3-5 nəfərdən biridir.
S.Məmmədov isə prestijli “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil almış Azərbaycanın dövlət büdcəsi hesabına maliyyələşdirilən avtomobil yolları təsərrüfatının rəhbəridir.

TİA.Az xəbər verir ki, Sədrin xalası oğlu Şahin Süleymanov 1 saylı Yol İstismar İdarəsinə rəhbərlik edir. Sədrin Səfiyar adlı qaynı isə “Azəryolservis”nin “qara mühasibatlığı”na məsul şəxsdir.
İddialara görə, “Azəryolservis” də sədr Saleh Məmmədovdan sonra quruma faktiki nəzarəti həyata keçirən istismar idarəsinin rəisi, quda Əflatun Qasımov ASC-də bütün müvafiq şöbə və idarələrin səlahiyyətlərini mənimsəyib, qurumu təkbaşına idarə edir.
Ə. Qasımov həm də “otkat” kralı kimi də ad çıxarıb. Belə ki, o, bir çox idarələrə işlərin icrasından bir müddət keçdikdən sonra maliyyə ayrılmasına razılıq verir. Bu yanaşmanın özü də ciddi qanun pozuntusu kimi qiymətləndirilə bilər.
Həmçinin bildirilir ki, bu idarələrə ayrılan vəsaitlərin 35 faiz həcmini “otkat” olaraq geri istəyir. Acınacaqlı durumda olan idarələrin rəhbərləri isə iş yerlərini itirmək qorxusundan vəziyyəti qabartmağa səy göstərmirlər. Düzgün audit aparılsa bu nöqsanlar da üzə çıxar.
Və biz bu tayfabazlıq hökm sürən qurumdan Bakıya yağış yağanda niyə hər yeri su basır sualına cavab gözləyirik…
Tarix: 30-09-2021, 10:27
Xəbəri paylaş



Xəbər lenti