Bakının kirayə bazarında XAOS: - tələbələr günlərdir ev tapmır
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 29-dan ali məktəblərdə əyani təhsil bərpa edilir. Hər il olduğu kimi, bölgələrdən Bakıya tələbə axını olacaq və kirayə evlərə ehtiyac yaranacaq. Görəsən, Bakıda kirayə mənzil bazarında vəziyyət necədir? Qiymətlər artıb, yoxsa azalıb?
Lent.az-ın bu sualına əmlak məsələləri üzrə ekspert Anar Nəsirov cavab verib. O bildirib ki, indiki dövrdə Bakı və ətraf qəsəbələrdə əmlak bazarında vəziyyət o qədər də ürəkaçan deyil:
“Bakının mərkəzində tikilməkdə olan pilot layihələr çərçivəsində tikilən binaların sakinlərinin kirayə evlərə köçürülməsi və artıq 3 ildən çoxdur həmin mənzillərin istifadəyə verilməməsi təkrar kirayə bazarına təsirini göstərir. Bakının mərkəzi küçələrindəki hər gün artan pilot layihələr kirayə mənzil bazarında mənzil qıtlığına səbəb olub.
İllərdir kirayədə olan mənzillərin hələ də dolu olması kirayə bazarına təsirsiz ötüşməyib. Keçmiş illərlə müqayisə etsək görərik ki, əvvəl hər gün kirayə mənzil bazarına 30-40 mənzil çıxırdısa, bu gün həmin rəqəm 5-6-ya kimi enib. Bu da öz növbəsində yeni dərs ilinə başlamaqda olan tələbələr üçün ayrıca bir problem yaradıb. Bazarda kirayə mənzillərin olmaması, eyni zamanda yüzlərlə tələbənin ev axtarması Bakıda mənzil kirayə bazarında xaosa səbəb olub. Bu da bazara çıxarılan az sayda evlərin kəskin bahalaşmasına və qıtlığa gətirib çıxarıb. İndi tələbələri əvvəlki kimi bir neçə evə baxıb onlardan birini seçmək yox, bir təhər bir mənzil tapıb yerləşmək düşündürür”.
Həmsöhbətimizin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il kirayə bazarında 20 faizə qədər bahalaşma var:
“Bakının kirayə mənzil bazarında ən çox bahalaşma 600 manata qədər olan evlərdə müşahidə olunur. Bu evlərin daha çoxu sovet dövründə tikilib. Həmin binalardakı evlərin 1 otaqlısı 350-400 manat, 2 otaqlının qiyməti 450-500 manat, 3 otaqlının isə qiyməti 550-600 manat arası dəyişir. Yeni tikilmiş bina evlərində 1 otaqlı mənzil 450-550 manat, 2 otaqlıda 600-700 manat və 3 otaqlı isə yeri və kvadratından asılı olaraq 800-1100 manat arası dəyişir. Tələbələr isə daha ucuz olan evlərə üstünlük verirlər ki, köhnə binalardadır. Bakıda kirayə mənzil bazarı mərkəzdə tikilməkdə olan pilot layihələrin bitməsi və həmin binalardan köçürülmüş sakinlərin öz mənzillərinə qayıtması ilə öz qaydasına düşəcək.
Bakı və ətraf qəsəbələrdə kirayəyə olan tələblərin çoxalması noyabr ayının sonlarına qədər davam edəcək. Noyabr ayı pandemiya ilə əlaqədar tikintisi yubanmış pilot layihələrin yekunlaşması və həmin bina sakinlərinin öz mənzillərinə qayıtması yeni kirayə evlərin təkrar kirayə bazarın çıxmasına səbəb olacaq. Əvvəlki illərdə tələbələr ev tapmaq üçün maksimum 1-2 gün vaxt itirirdilərsə, indi bu rəqəm 10 günə kimi uzanır. Çünki gecə yarı saytlara yüklənmiş bir kirayə ev səhər saat 9-da artıq tutulmuş olur. Müşahidələrim əsasında deyə bilərəm ki, elə olur ki, bazara heç kirayə ev çıxmır. Bu isə o deməkdir ki, paytaxtda təkrar kirayə bazarı yox səviyyəsindədir”.
Tarix: 27-09-2021, 22:30
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO
-
20-09-2026, 12:45
Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə
-
20-09-2026, 12:44
Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video