Suraxanıda parkın qapıları sakinlərin üzünə bağlı qalıb: Ərazi unudulmuş yeri xatırladır - VİDEO
Bakının Suraxanı rayonu ərazisində yerləşən parkın ətrafı hasara alınıb.
Pravda.az-ın məlumatına görə, parkın qapıları uzun illərdir ki, sakinlərin üzünə bağlı qalıb.
Təmir üçün bağlanan parkda daşı-daş üstünə qoyan yoxdur.
Sakinlər deyir ki, Yeni Günəşlidə yerləşən yeganə park illərdir baxımsız vəziyyətdədir.
Yaxınlıqda yaşayan sakinlər bildirirlər ki, məcburiyyətdən digər parklara üz tuturlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov "Xəzər Xəbər"ə parkda təmir işlərinin yarımçıq dayandırılmasının səbəbini açıqlayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: