Ağciyər xəstəlikləri İnstitutunun rəhbərliyi ilə Nizami rayonu Şərifli küçəsi 180 ünvanında yaşayan sakinlər arasında mübahisəli məqam yaranıb.
Belə ki, tərəflər bir-birlərini ərazinin zəbt olunmasında ittiham edirlər.
Nizami rayonu Şərifli küçəsi 180 ünvanında yaşayanlar ya təmir etdikləri yollarından olmalıdırlar, ya da tikdikləri hasarlarından.
Qonşular deyir ki, buradaki yolları biz çəkib, keçilməz yolları biz keçilən etmişik. Sakinlər yaxınlıqda yerləşən Ağciyər İnstitutu ilə yollarını kəsişdirə bilmirlər.
Tarix: 2-09-2021, 22:50