Uşaq poliklinikalarında özbaşınalıq – Nazirlikdən açıqlama


Səhiyyə NazirliyiUşaq poliklinikalarında ata, ana, nənə və babanın “Covid” pasportu tələb olunur.Bizimyol.info xəbər verir ki, 20 nömrəli uşaq poliklinikasının həkimlərindən biri paylaşım edərək bildirib ki, poliklinikaya gələrkən uşağın və ananın şəxsiyyət vəsiqəsi, bundan əlavə olaraq ananın, atanın, nənənin, babanın “Covid”pasportları gətirilməlidir. Əks halda məktəb və ya baxçadan tələb olunan sağlamlıq haqqında arayış verilməyəcək.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən poliklinikalara belə bir göstəriş verilməyib.
“Məlumat araşdırılacaq və yazını paylaşan tibb işçisinə xəbərdarlıq ediləcək”,- deyə Elvin Hacıyev bildirib.
Tarix: 23-08-2021, 14:54
Xəbəri paylaş



Xəbər lenti