Peyvənd olunmayanların pensiyası kəsiləcək? - Açıqlama

Peyvənd olunmayanların pensiyası kəsiləcək? - Açıqlama
Son günlər sosial şəbəkələrdə peyvənd olunmayan yaşlı insanların pensiyalarının kəsiləcəyi söz-söhbəti gedir. Bu məsələ ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Sadəcə peyvəndlənməyən şəxslərin müəyyən yerlərə daxil olmasına qadağa qoyula bilər. Toy mərasimlərində və digər tədbirlərdə işirakları mümkün olmayacaq. Eyni zamanda peyvəndlənmə könüllü prosesdir. İnsanlar öz sağlamlıqlarını ətrafında olanları və bütövlükdə cəmiyyətin təhlükəsizliyini düşünərək qərar verməlidir. Bu məsələlərdə təşviqedici addımların atılması isə insan sağlamlığına, ölüm hallarının qarşının ciddi şəkildə alınmasına, pandemiya qaydalarının aradan qalxmasına hesablanıb.
 
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
 
O qeyd edib ki, peyvəndlənməyə soyuqqanlı, məsuliyyətsiz yanaşma halları yolverilməzdir: “Peyvənd olunmayanların aylıq məvaciblərinin kəsiləcəyi və pensiyaların dayandırlacağı ilə heç bir əsaslı informasiya ola bilməz.
 
Buna baxmayaraq ölkəmizdə peyvəndləmə prosesi məhz risk qrupuna daxil olan insan kateqoriyasının müəyyən edilməsi, onların vaksinasiyadan keçirilməsi ilə başladı. Bu proses artıq bəlli yaş qrupularını və müxtəlif sektorları əhatə etdi. Hazırda ölkəmizdə uşaqlar istisna olmaqla hər kəsin peyvənd olunması üçün təşviqedici addımlar atılır”.
 
Deputat hamı kimi onun özünün də peyvənd olunduğunu söyləyib: “Bu bizim hər birimizin borcudur. Çünki biz ətrafımızdakı insanların sağlamlığını qorumağın məsuliyyətini daşıyırıq. Pandemiya bəşəri bir problemdir. Bu mənada peyvəndlənməyə laqeyd yanaşanlar xalq qarşısında məsuliyyət daşımalıdır”.

Tarix: 7-08-2021, 21:31
Xəbəri paylaş



Xəbər lenti