Xəstəliyi olan sürücülər ağır qəzalar törədir - Sağlamlıq arayışı yenidən gündəmdə - VİDEO


Avtomobili yüksək sürətlə idafə edən sürücü ağır qəza törədb. Əvvəlcə piyadanı vurulub, daha sonra isə zəncirvari olaraq yol kənarında dayanmış 3 nəqliyyat vasitəsi əzilib.
 
Pravda.az-ın məlumatına görə, ağır yol nəqliyyat hadisəsi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.
 
''Prado'' markalı avtomobili idarə edən Məmməd Əhmədov Bakı şəhər sakini Taleh Aqamedovu vuraraq öldürüb və özü isə ağır xəsarətlər aldığından xəstəxanaya yerləşdirilib.
 
İlkin məlumata görə, Məmməd Əhmədov epilepsiya xəstəsidir. Məmməd Əhmədov avtomobili idarə edən zaman qıcolması tutub və o, əyləc  əvəzinə qaz pedalını sıxıb. Əslində, bu cür xəstəliyi olan şəxslər avotomobil idarə edə bilməz. Baş vermiş hadisə sürücülük vəsiqəsi alarkən və ya müddəti bitmişi dəyişdirərkən tibbi arayışin yenindən alması məsələsini gündəmə gətirir.
 
Yol hərəkləti üzrə ekspert Elməddin Muradlı deyir ki, bir neçə il əvvələ qədər hər 10 ildən bir sürücülük vəsiqəsin dəyişdirərkən sağlamlıq haqqında arayışin alınması məcburi idi. Sonra qərar dəyişdi və bu yalnız yaşı 60 və ondan yuxarı olanlara şamil edildi. Ekspert təklif edir ki, belə ağır hadisələrin baş verməməsi üçün əvvəlki qayda yenidən bərpa edilməlidir.
 
Elməddin Muradlı deyir ki, belə olsa klinikalar da bu məsələdə ciddi olacaqlar. Əgər bu qayda tətbiq edilsə, yollarda qəzaların sayında da ciddi azalma müşahidə ediləcək. Ekspert deyir ki,  bu qaydanı tətbiq etməklə hər 10 ildən bir qeyri-sağlam sürücüləri sükan arxasından kənarlaşdırmaq olar.
 

Tarix: 6-08-2021, 07:51
Xəbəri paylaş



Xəbər lenti