Bakıda yaşıllıq ərazi hasarlandı, bina tikilir, sakinlər isə etiraz edir – VİDEO - YENİLƏNDİ



 
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93/99 ünvanında – “Kvadratlar” adlanan ərazidə yaşıllıq sahəsi hasarlanıb.
 
Sakinlərin Pravda.az-a verdiyi məlumata görə, ərazidə çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub.
 
Bildirilib ki, tikintini həyata keçirən şirkət “Qismət” MTK-dır.
 
Sakinlər yaşıllıq ərazidə tikintinin aparılmasına etiraz edirlər.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına müraciət ünvanlanıb.
 

 

 

Tarix: 24-07-2021, 16:07
Xəbəri paylaş



Xəbər lenti