Teref.az-ın poçtumna daxil olan iki Qarabağ veteranının şikayəti mıktubunu oxuculara təqdim edirik:
Hörmətli Teref.az. Bu məktubu Sizə iki Qarabağ müharibəsi veteranı ünvanlayır.
Ümid edirikki, bizlərə öz mənəvi dəstəyinizi əsirgəməzsiz. Mən Ağabəyov Polad İmaməddin oğlu və Şirinov Ziyafət Sabir oğlu Sumqayıt Dövlət Universitetində mühafizə xidmətində çalışırıq.2020 ildə biz maaş artımı və iş saatlarının azaldılması ilə bağlı universitetin rektoru E.B.Hüseynova müraciət etdik.Edilən müraciətə əhəmiyyət verilmədikdə,Təhsil Nazirliyi və Əmək müfəttişliyinə müraciət ünvanladıq.
Problemin bir hissəsi qisməndə olsa həllini tapdı.Ancaq maaş artımı əvəzinə,bizləri ixtisarla hədələdilər.Çox keçmədiki 26.05.2021 tarixdə Elmi Şura ixtisar haqqında qərar verdi.Qərarda göstərilən əsaslar absurd və gülməlidir.Bunu birmənalıda olsa,hər hansı vəzifəli məmurlar qərəzli qərar kimi dərc etdiriblər. Tam məsuliyyəti ilə bildiririkki,xidmət etdiyimiz 6 ilə yaxın bir dövrdə əmək müqaviləsinin heç bir maddəsini pozmamış,əslində isə bizlərə qarşı edilən bütün haqsızlıqlara və məmur özbaşınalıqlarına baxmayaraq,dürüst,vicdanla çalışmışıq.
Universitet rəhbərliyinin bizlərə qarşı bu cür etinasız,qərəzli münasibəti əslində gözlənilən idi.Çünki laqeydlik,məmur özbaşınalığı,qohumbazlıq əmsalları ilə edilən idarəetmədən,bundan artığın gözləmək əbəsdir.
Onuda nəzərinizə çatdırımki,mühafizə xidmətinin ümumilikdə 17+2 əməkdaşı vardır.8 nəfəri təqaüdçü-2 qrup əlil. 2 nəfəri müharibə veteranı və digər şəxslərdir. Xidmətimizin uzun müddətdir rəisi 2 qrup əlil,keçmiş paravoz sürücüsü Ədalət Bağırovdur. Birbaşa rəhbərlik edən şəxs isə,universitetimizin boz kardinalı,iqtisadiyyat və təsərrüfat üzrə prorektor Naib Hacıyevdir.
Bizləri belə düşünməyə vadar edən səbəblər çoxdur.Universitetdə qohumbazlıq,yerlibazlıq,ailə podratı kimi anlayışlar bir adi hala çevrilib.İdarəetmə qapalı və birtərəfli qaydada aparılır. Xoşuna gəlmiyən ya işdən çıxarılır,yada məcbur edilir.
Bizlər isə kütləvi ixtisar edilirik.Çox acınacaqlı vəziyyət yaranıb:sanki bütün rəhbər heyət bizlərə qarşı səlib yürüşünə çıxıblar.Аdları çəkiln şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Tarix: 20-07-2021, 13:51