Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeliyində fəaliyyət göstərən "Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi” ilə "Tam Xarici İnvestisiyalı Beta Firması” arasında bağlanan müqavilənin surəti sosial şəbəkələrdə yayılıb. Qlobal.az xəbər verir ki, müqavilənin surətini "ecofront" yayıb.
"ETSN, Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun dünən 23 nəfərin qarşısında və öz işçilərinin yanında növbəti dəfə ictimaiyyəti məqsədli şəkildə aldatdığı aydın oldu. O, Beta Tea şirkətinə tamam başqa yerin verildiyini, şirkətin bu ərazini səhvən məhv etdiyini iddia edirdi və əsas günahkarın gözətçi olduğuna ictimaiyyəti "inandırmağa” çalışırdı.
Beta Tea şirkətinə 15 illik verilmiş 42 hektar ərazi Haftoni Meşəbəyiliyinin 5ci kvartalının 2,3,4,5,6-cı bölmələridir və məhv edilmiş və edilməsi planlaşdırılan ərazi bu kvartalın bu bölmələridir".
Digər acınacaqlı məqam isə müqavilənin ötən il ölkədə Vətən müharibəsi getdiyi dövrdə imzalanmasıdır:
"İcarə haqqı isə hektarına illik 26 azn və ya 42 hektar üçün illik 1092 AZN hesablanmışdır. Demək olar ki, pulsuz. Müqavilə meşəbərpa məqsədi ilə verilib, rəsmi aqçılamada vurğulanan çay plantasiyası açıqlaması isə müqavilənin şərtlərinə ziddir. Ölkədə müharibə gedən vaxtı bunlar torpaq alqı satqısı ilə məşğul idi. 27 oktyabr 2020 tarixində sövdələşmə baş tutur".
ETS nazirliyi məsələyə münasibət bildirməyib.
Tarix: 13-07-2021, 09:30