Azərbaycanın bölgələrindəki restoranların əksəriyyətində menyu təqdim edilmir.
Xezerxeber.az-ın məlumatına görə, müştəri əyləşir, restoranın xidmətlərindən istifadə edir, ancaq hansı yeməyin neçəyə olduğunu bilmir.
Səbəb isə müştərilərə menyuların təqdim olunmamasıdır. Məsələn, Kürdəmirdə yolkənarı restoranların bəzilərində bu hal yaşanır.
Menyu təqdim olunmadıqda müştəri gözləmədiyi hesabla qarşılaşır. Belə hallarda isə müştəri ilə restoran sahibi arasında problem yaranır.
Restoran administratoru isə masalarda menyuların olmamasını yay fəsli ilə əlaqələndiririb.
Adını demək istəməyən bir restoran idarəçisi isə menyuların verilməməsini yeməkxanada müştəri olmaması ilə əsaslandırıb.
Bütün hallarda kiçik və orta iaşə obyektlərində menyu təqdim olunması birbaşa qanunvericiliyin tələbidir.
Qeyd edək ki, belə hallarla rastlaşanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməklə hər bir istehlakçı öz hüquqlarını müdafiə edə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: