“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr Saleh Məmmədovun ölkədən çıxışına qadağa qoyulub. Bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.Həmin məlumatda deyilir ki, Saleh Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasının səbəbi Fizuli-Şuşa avtomagistralının tikintisi zamanı yol verdiyi ciddi xəta olub. Llakin həmin xətanın konkret olaraq nədən ibarət olması barədə heç bir bilgi verilmir.
Bəzi qaynaqlar Məmmədovun ayrılmış pulun bir hissəsini mənimsədiyini və onu xaricə köçürdüyünü iddia edir. Eyni zamanda, onun başqa layihələrdən də böyük məbləğli pullar qazandığı və xaricə ötürdüyü deyilir. Güman edilir ki, bundan xəbər tutulduqdan sonra ölkədən çıxışına qadağa qoyulub və həmin pulların geri gətirilməsi tələb edilir.
JAMAZ.İNFO xəbər verir ki, mənbələr Saleh Məmmədovun indi işdən çıxarılmamasını xaricə transfer olunmuş pulların geri qaytarılmasından sonra reallaşacağını deyirlər. Onlar bildirirlər ki, prosesin bununla bitməyəcəyi də istisna edilmir. Çünki Məmmədovun törətdiyi xəta hakimiyyət dairələrinin ciddi narazılığı və qəzəbinə səbəb olub.
Qeyd edək ki, hazırda “Azəravtoyol” ASC-ni digər bir oliqarx məmur Əvəz Qocayev idarə edir.
Xatırladaq ki, Saleh Məmmədov Azərbayacanda oliqarx məmurlardan biri sayılır. Onun ixtiyarında milyonlarla dollarla yanaşı, böyük miqdarda pullarla ölçülən əmlak və biznes sahələri var.
Onu da xatırladaq ki, Saleh Məmmədovun oğlu Sübhan Məmmədovun adına xaricdə biznes qurduğu hələ çoxdan məlum idi. Belə ki, onun Vyana şəhərində 22 iyul 2017-ci il tarixdə 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçirilib. Hazırda şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.
Tarix: 29-06-2021, 08:42