Kəlbəcər və müəllim adına gələn xələl... ... Həqiqət Şükürova niyə məhkəmə qərarı ilə direktorluqdan uzaqlaşdırıldı?!



Kəlbəcər və müəllim adına gələn xələl... ...
Zamanla Azərbaycan təhsilinə qarşı qara piar aparanlarla mübarizənin öncüllərindən olduq. Asan proses idimi? ƏSLA! 
Ancaq hədəf və məqsəd var idi. Məqsəd o idi, ki, bütün neqativlərə qarşı ciddi mübarizə aparılsın. Əfv və güzəşt olmadan həm də. Hədəf o idi ki, gənc, savadlı, bacarıqlı, amma kənarda qalmış onlarla kadr haqq etdiyi yeri tuta bilsin sistemə. Mərhələ ilə ictimai rəy də anlamaqdadır ki, təhsil sistemi uzun müddət kimlərlə mübarizə apardı. Nəyə nail olundu? Müəllimlərim imtahanla işə qəbulu, saxta diplomlarla işəgötürülənlər, işəgötürənlər, saxta müəllim diplomu paylayanlar üzə çıxdı. Bəzi ali məktəblərin lisenziyası ləğv edildi. Taqaüd yaşlı müəllimlər özlərinə layiq formada təqaüdə göndərildi və gənc kadrlarla əvəzləndilər. Onlarla rüşvət, korrupsiya halı aşkara çıxarıldı. Konkret şəxlər cəzalandırıldı. Şəxsi zəmində qanunsuzluqlara yol verənlər barədə cinayət işi açıldı. Məktəblərin əksəriyyəti icra orqanları nəzarətindən çıxa bildi. Yerli təhsil şöbələri icra başçılarının nəzarətində fəaliyyət göstərməməyə başladı. Bəzi rayonlarda təhsil nazirinin şəxsi nümayəndələrinin təyin olunmas layihəsi gündəm oldu. Sirr deyil, sadalanan tədbirin qarşısını almaq üçün çoxlu sayda maneələr var idi. Bəzən elə postlarda, elə adamlar olurdu, əlaqələrinə, ailə üzvlərinin tutduğu posta baxanda adam bir də düşünürdü, görəsən belələri necə və niyə bu ziyalı mühitinə yerləşdirilib axı? Nə isə...zamanla bu sadaladıqlarım artıq ənənə formasını aldı. İndi təhsildə bütün neqativ hadisələrlə operativ reaksiyalar var. Və ən vacibi müəllimin ləkələnmiş adını təmizə çıxarıldı. Üstəlik bu, sistemdə çalışam onlarla yaxşı kadr üçün stimul oldu, peşəyə gənc nəslin marağını artırdı. Hər şeyə rəğmən, bütün sahələrin müəmmalı adamları var. Məsələn bu gün əldə etdiyim məlumata görə Kəlbəgər rayon 23 saylı orta məktəbin direktoru barədə rüşvətxorluq və korrupsiya faktını araşdıran məhkəmə istintaqı, direktor Həqiqət Şükürovanın vəzifəsindən uzaqlaşdırılması barədə qərar çıxarıb. Məsələ bununla bitmir, qadının dələduzluq, rüşvət və korrupsiya hallarına yol verməsi barədə hələ müxtəlif rayon polis və prokurorluq orqanlarında yeni araşdırmalar aparılır ki, bu araşdırmalarda ortaya çıxacaq məlumatlar növbəti cinayət işlərinin motivi ola bilər. Qeyd edək ki, yeni araşdırmanın istiqamətləri dələduzluq və rüşvət verməyə təhrikdir.
Uzun-uzadı danışmağa ehtiyac yoxdur. Bu xanımı hamı sosial şəbəkə fenomeni kimi tanıyır. Amma onun nə fenomen olması, nə şəbəkə aktivistliyi, nə də hansısa qohumluq, dostluq əlaqələri bu fikirlərin müəllifi olaraq umrumda deyil. Umrumda olan bu ki, adam müəllim adına ləkə gətirən maddə ilə ittiham olunub. Təhsilə və bu sistemdə çalışan çoxlu sayda insanlara yaxınlığımdan, çox dəqiq bilirəm bir pis, yüzlərlə yaxşının stimuldan düşməsinə səbəb olur. Və bir pisə görə son dərəcə amansız olan ictimai rəy, konkret adamları yox, bütün sistemi hədəfə alır. Qaldı məhkəmə qərarına, bu çox ağır məsələdir. Yəni təkcə fəaliyyətinə xitam verilmir adamın. Ümumiyyətlə pedaqoji fəaliyyətdən uzaqlaşdırılır. Ümumiyyətlə, sistemdən silinir. Düzü sevindim.
Çünki Azərbaycana indi peşəkar, əladan da əla, təmiz bir təhsil sistemi gərəkdir.
Çünki insanları məhv etmək, ölkələri işğal etmək üçün ilk təhsildən "vururlar" ölkələri.
Çünki müəllim insanı tanrıdan sonra yaradan ikinci varlıqdır.
Çünki müəllim valideyn yarısıdır. Bizi adam kimi valideynlərimiz dünyaya gətirər. Vətəndaş və insan kimi müəllimlər yetişdirər. Hətta ən nəhəng sayılan adamları da yetişdirən bir müəllim mütləq vardır. Bu peşə, tanrı vergisidir. Ona xəyanət edənləri cəzasız buraxmaq olmaz. Odur ki, başda Kəlbəcərin 23 saylı mətəbinin direktoru olmaqla, bütün şühəli kadrların fəaliyyətinin araşdırılmasına ehtiyac var. Cəzasız qalan bütün əməllər sonradan peşəyə də, dövlətə də, vətəndaşa da fəlakətlər gətirir. Tanrı Azərbaycanı belə fəlakətlərdən qorusun....
Jalə Mütəllimova-Seyidli
Tarix: 8-06-2021, 08:43
Xəbəri paylaş



Xəbər lenti