Bakıda nəqliyyat blokadası: BNA vətəndaşları küçələrə töküb


Bakıda nəqliyyat blokadası: BNA vətəndaşları küçələrə töküb
Bu qurumun ölkə Prezidentinin tapşırıqlarını necə yerinə yetirdiyinə özünüz qiymət verin
 
Bakı Nəqliyyat Agentliyi (BNA) əvvəlcədən “BakıKart” cihazlarını quraşdırmaqdan narahat olmayaraq, Bakının yaşayış məntəqələrində olan avtobusları nağdsız ödəməyə keçirdi. Bu günlərdə BNA-nın mətbuat xidməti “Ulduz” metrostansiyasından paytaxtın Suraxanı rayonunun kəndlərinə gedən 184 nömrəli marşrut avtobuslarının 25 may tarixindən etibarən kartla ödəmə sisteminə keçməsi ilə bağlı açıqlama yaydı. Bundan əlavə, 24 may tarixindən etibarən 113 nömrəli marşrut avtobuslarında (“Qara Qarayev” metrosu - Əmircan kəndi) gedişhaqqı da “BakıKart” vasitəsi ilə ödənilir.
 
BNA xəbər verir ki, iş axınına görə digər marşrutlar tədricən nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Həqiqətən, elan edilmiş vaxt çərçivəsində bu isitismar müddəti keçmiş avtobuslar validatorlar - elektron təsdiqləyicilərlə təchiz olunmuşdu. Gedişin ödənişini idarə edən cihazlardan danışırıq. Sürücülərin yanındakı girişdə yapışdırmışdılar.
 
Ancaq məsələ bundan o yana irəliləmədi. Nədənsə, Suraxanı rayonunun kəndlərində, eyni avtobusların marşrutu boyunca “BakıKart” cihazlarının varlığından söhbət getmirsə, BNA bu müasir sistemdən necə istifadə edəcəyini düşünmürdü.
Mais Ağayev ailəsi ilə birgə koronavirusa yoluxdu » Sfera.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
AYNA məsələ ilə bağlı Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət edib. Onun vəziyyətin təfərrüatını bizə izah edəcəyinə sadəlövhcəsinə inanırdıq. Axı problem çox ciddidir: bu rayonların kəndlərinin sakinləri nə etməlidirlər? Ödəmə kartlarına harada və necə pul yükləmək olar? Və “BakıKart”ı yükləmək üçün kənddəki cihazların quraşdırılmasını nə qədər gözləmək lazımdır? Ancaq sullarımızı cənab Ağayev cavabsız buraxdı.
 
BNA sərnişinləri nəinki çətin vəziyyətə qoyur, hətta baş verənlərə münasibət bildirmir. Elə mayın 25-dən vətəndaşlar 184 nömrəli marşrutdan istifadə edə bilmədilər və “Koroğlu” metrostansiyasından Suraxanı rayonuna doğru gedən avtobuslar marşrutunda qəzəblənmiş sərnişinlər əvvəlcədən ödəniş etmədən salona girməyə çalışdılar. Bəziləri bacardı, amma çoxları küçədə qaldı.
 
Çıxış yolu axtararkən, 113 nömrəli marşrutun digər sürücüləri ödəmə kartı alıblar və sərnişinlər üçün pulunu köhnə qaydada nağd şəkildə toplayaraq, onların yerinə elektron qaydada ödəyirlər. Bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil.
 
Məktəblilərin valideynləri də “BakıKart” terminallarının olmamasından narahatdırlar. 113 nömrəli marşrut 154 saylı məktəbin yanından gedir, cari tədris ilinin əvvəlində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan məktəbdən söz açırıq. Valideynlərin dediklərinə görə, marşrut kart sisteminə keçdikdən sonra, ödəmə plastik kartları yükləmək üçün “Qara Qarayev” metrosuna gedirlər. Ancaq onların istədikləri yerdə “BakıKart” ödəmə terminalları quraşdırılsa belə, insanlar avadanlıqların normal işlədiyinə əmin deyillər.
 
Bunun da səbəbləri var. Paytaxtın mərkəzi nöqtələrində belə, bu texnika həmişə işlək olmur və bəzi yerlərdə çox pis işləyir. Bundan əlavə, paytaxtın kənarında, xüsusən Suraxanı rayonunda və Əmircan qəsəbəsində kart ödəmə cihazları ümumiyyətlə yoxdur, çünki indiyə qədər burada nağd pul ödəyirdilər.
 
Bu, o deməkdir ki, hər yerdə avadanlıq quraşdırılmalı və yalnız bundan sonra gediş üçün kart ödəməsinə keçilməlidir. Lakin nəqliyyat məmurları nədənsə bu sadə məntiqi pozaraq, sərnişinlər üçün çox narahatlıq yaratdılar.
 
BNA-nın özü sərnişindaşıma sahəsində nağdsız ödənişlərin tətbiqinin prioritet olduğunu bildirir. “Dövlət başçısının tapşırığına əsasən, son beş ildə bu istiqamətdə mühüm addımlar atıldı”, - deyə qurum bəyan edir.
 
Bu qurumun ölkə Prezidentinin tapşırıqlarını necə yerinə yetirdiyinə özünüz qiymət verə bilərsiniz...
Tarix: 28-05-2021, 21:16
Xəbəri paylaş



Xəbər lenti