Ekologiya və Təbii Sərvətlər Nazirliyi bölgələrdə meşələrin kürünməsi nəticəsində dəyən milyonlarca ziyanın əvəzində 10 minlərlə cərimə hesablayıb. Nazirlik meşə fondu torpaqlarında icarə müqaviləsinin şərtlərinin kobud şəkildə pozan şirkətlərlə müqaviləni ləğv etmir. Halbuki həmin şirkətlər müqavilə şərtlərini pozub və ərazidə kürümə işləri aparıb. Buna misal kimi Şəkinin Bideyiz kəndi yaxınlığında yenicə kürünmüş 100 hektardan artıq meşə zolağını göstərmək olar. Nazirlik "AGA Group" şirkətlər qrupuna aid ümumi 500 hektarlıq icarə müqaviləsinin ləğv edilməməsində israrlıdır. Milyonlarla manat dəymiş ziyan əvəzinə 10 minlərlə cərimə hesabladıqlarını dedilər, amma icarə müqaviləsini ləğv edə bilmədiklərini söyləyirlər. Əgər 10 minlərlə cərimə, həqiqətən, olubsa, bu, müqavilənin ləğv edilməsi üçün əsasdır”.
Pravda.az-ın xəbərinə görə, bunu ekoaktivist Cavid Qara bildirib.
“Səmimi söhbətdə bunu bacarmadıqlarını deyirlər. Rəsmi açıqlamalar isə ya olmur, ya da şirkəti müdafiə edirlər. Biz isə sona qədər mübarizə aparacağımızı bildirdik. ETSN-in meşələri oliqarx biznesmenlərin tamahından qorumağa gücü, siyasi iradəsi çatmırsa biz meşələrimizi qorumaq üçün nə lazımdırsa edəcəyik. Kütləvi sivil qanuni etirazlar, aclıq aksiyaları, nə desəniz olacaq. Bütün kürünmüş meşə ərazilərində müqavilələr ləğv edilib ağaclar bərpa edilənədək mübarizəyə davam edəcəm. Bu əməllərə yol verənlər və qarşısını ala bilməyən Muxtar Babayev, sizin vicdanınız və siyasi iradəniz yoxdur. Amma biz icarə müqaviləsini ələ keçirmişik. Oradakı şərtlər baş verənlərlə üst-üstə düşmür” – C.Qara qeyd edib.
Tarix: 3-05-2021, 23:35