Maşınların və insanların keçə bilmədiyi Binə yolu - VİDEO
Xəzər rayonu, Binə qəsəbəsi, Xurşudbanu Natavan küçəsinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər.
Xəzər Rayon İcra hakimiyyətinin Binə qəsəbəsi üzrə nümayəndəliyinin icra nümayəndəsi Tahir Əliyev bildirib ki, Binə qəsəbəsində, o cümlədən Xurşudbanu Natavan küçəsində yolların təmir və bərpasının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Ümid edirik ki, deyilən kimi olacaq. Yaxın zamanlarda sakinlərin yol problemi tarixə qovuşacaq.