Azərbaycan hökuməti Bəxtiyar Hacıyevə kompensasiya ödəyəcək




"Məhkəmə "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsinin (Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır) Azərbaycan dövləti tərəfindən pozulması faktını tanıyıb, Gəncə şəhər, Nizami rayon polis şöbəsində qeyri-insani, pis rəftara məruz qalmağımla bağlı şikayətimi yekdilliklə təmin edib".

Demokrat.az xəbər verir ki, bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev özünün “facebook” səhifəsində yazıb. O bildirib ki, Avropa Məhkəməsi dəymiş mənəvi zərərə görə ona 12 min avro kompensasiya ödənilməsinə qərar verib: “Məhkəmə qeyd edir ki, Azərbaycan tərəfi iddia edib ki, bədənimdəki xəsarətləri özüm-özümə yetirmişəm, ancaq israrlı tələblərə baxmayaraq bunu sübut edəcək heç bir sənəd göndərə bilməyiblər. Belə olan halda isə polis şöbəsində saxlanılan vətəndaşı dövlət qorumalıdır, onun bədənindəki xəsarətlərin necə əmələ gəldiyini sübut edə bilmirsə, deməli, polis tərəfindən edildiyini demək olar.  Avropa Məhkəməsi dəymiş mənəvi zərərə görə Azərbaycan dövlətinin mənə 12.000 avro kompensasiya verməsinə qərar verib”.

B. Hacıyev bildirib ki, 2011-ci ildə ona fiziki zorakılıq edən Vüsal Şahverdiyev 2 ay əvvəl Masallı Rayon Polis Şöbəsinə rəis təyin edilib ki, bu da ölkənin nüfuzuna zərbə vurur:

“2011-ci ildə bu şikayətimə səbəb olan saxlanmamda və mənə qarşı tərbiyəsizcə, vəhşicə yumruq vuran Vüsal Şəbəndiyevi isə daxili işlər naziri Vilayət Eyvazov 2 ay əvvəl Masallı Rayon Polis Şöbəsinə rəis təyin edib. Azərbaycan vətəndaşlarına qarşı pis rəftar edən, işgəncə verən şəxsləri irəli çəkməklə Azərbaycan dövlətinə qarşı belə qərarlar qəbul etdirir, ölkənin nüfuzuna zərbə vururlar”.
Tarix: 22-04-2021, 14:37
Xəbəri paylaş



Xəbər lenti