REAL Partiyasının sədri İlqar Məmmədov “uşaqpulu” ilə bağlı açıqlamasına görə onu tənqid edənlərə cavab verib. Pravda.az İ.Məmmədovun mövqeyini təqdim edir:
“Bizim 2022-ci il üçün “uşaqpulu” təklifimizi təqdim etdim:
- ehtiyacı olan ailəyə ikinci uşağa görə ayda 100 AZN;
- bütövlükdə il ərzində təxminən 1 milyard manat.
İllərdir boş-boşuna "uşaqpulu" bağıraraq xalqı çaşdırıb-alçaldan yaramaz siyasi liderlərdən ikicə rəqəm istəyirəm: 2022-ci ilin büdcəsi üçün bizimkindən fərqli ikicə rəqəmi səsləndirin, vəssalam. Çox şey istəmirəm. İllərdir bunu etmədiniz, biz etdik. Əksini qoyun ortaya, konkret şəkildə, görək nəyin davasını edirsiniz!”
Tarix: 2-04-2021, 22:24